"Real"ın ulduzu "İnter"in hədəfində

"Real"ın ulduzu "İnter"in hədəfində
Kərim Benzemanın "Real"dakı gələcəyi hələ də sual altındadı. Robert Levandovskini hədəfə alan "Kral Klubu"nun fransalı forvardı yayda yola salacağı deyilir.
Fanat.az xəbər verir ki, hücum xəttini gücləndirməyə çalışan "İnter" bu qeyri-müəyyənlikdən yararlanmaq niyyətindədi. Avropa mətbuatının məlumatına görə, Milan klubu tezliklə Benzemaya təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Benzema 2009-cu ildə Lion "Olimpik"indən "Real"a 35 milyon avroya transfer olunub. Cari mövsümdə 26 rəsmi oyuna çıxan 28 yaşlı forvard 24 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər