"Rauf Əliyev "İnter"in futbolçusudu, heç yerə gedə bilməz". Fanat.Az xəbər verir ki, bu sözləri "İnter"in Müşahidə Şurasının sədri Zaur Axundov deyib.
"Qəbələ" ilə oyundan sonra jurnalistlərə açıqlama verən klub rəhbəri Raufun Albaniyanın "Kukesi" klubuna keçidinin mümkün olmadığını bildirib: "Onun bizimlə 2018-ci ilədək müqaviləsi var. Albaniya klubuna da transfer oluna bilməz. Artıq həmin kluba müqavilənin surətini göndərmişik. Birinci gün ingilis dilinə tərcümə olunmuş variantını da göndərəcəyik. Rauf özü uşaq deyil, bilməlidi ki, müqaviləsi ola-ola başqa kluba keçə bilməz. Hansı ağıla qulluq edib komandadan gedib, kimin sözünə qulaq asıb, bilmirəm. Komandanı bu vəziyyətdə qoyub getmək heç bir futbolçuya yaraşmaz. Rauf "İnter"in futbolçusudu və onun başqa kluba keçidinə icazə verməyəcəyik".
Fanat.Az