Qadın voleybolçular arasında Çempionlar Liqasının V turu çərçivəsində növbəti oyunlar keçirilib. Fanat.az xəbər verir ki, A qrupunun son oyununda Azərbaycan çempionu “Rabitə” Kazanda “Dinamo”nun qonağı olub.
Bakıdakı oyunda 3:2 hesabı ilə əzmkar qələbə qazan təmsilçimiz bu dəfə istəyinə nail ola bilməyib. Hər 3 seti də uduzan “Rabitə” evə əli boş qayıdıb - 0:3.
Son turda isə mərhələ adlamaq Dejan Brdjoviçin yetirmələrinin öz əlində olacaq. Belə ki, “Rabitə” son qarşılaşmada Bakıda “Ximik”i sınağa çəkəcək.
Qeyd edək ki, Polşa klubu V turda “Agel”ə (Çexiya) 2:3 hesabı ilə uduzsa da, pley-offa vəsiqəni təmin edib.
Çempionlar Liqası
A qrupu
22 yanvar
Dinamo (Rusiya, Kazan) - Rabitə (Azərbaycan) 3:0 (25:21; 25:10; 25:14)
Hakimlər: Şloma Brutman (İsrail), Yuri Bakunoviç (Belarus).
Kazan, Sankt-Peterburq Sarayı.
| Yer | Komanda | O | Q | M | S | T | X |
| 1. | Ximik | 5 | 3 | 2 | 13-7 | 442-405 | 11 |
| 2. | Dinamo Kazan | 5 | 3 | 2 | 12-8 | 446-406 | 9 |
| 3. | Rabitə | 5 | 2 | 3 | 8-12 | 422-436 | 6 |
| 4. | Agel | 5 | 2 | 3 | 7-13 | 397-460 | 4 |
Fanat.az