AZAL-ın baş məşqçisi Tərlan Əhmədov TPL-in 30-cu turunda “Qəbələ”yə qarşı keçiriləcək oyun haqda fikirlərini bildirib. Fanat.az xəbər verir ki, çalışdırıcı bunları deyib:“Rəqibin yaxşı oyunçu seçimi var. Nəticələrə rəğmən, deməzdim ki, “Qəbələ”nin oyununda naqislik var. Unutmayın ki, onlar iki cəbhədə vuruşurlar. Ancaq biz də məğlubiyyət dalınca gəlməmişik”.
Fanat.az