"Qəbələ"nin yeni baş məşqçisi türk olacaq

"Qəbələ"nin yeni baş məşqçisi türk olacaq
Yuri Syominlə yollarını ayıran "Qəbələ"nin yeni baş məşqçisi böyük ehtimalla türk mütəxəssis olacaq. Fanat.az xəbər verir ki, klub rəhbərliyinin komandanı İsmail Kartala tapşıracağı deyilir.
İsmail Kartalın "Qəbələ"ni çalışdıracağı ilə bağlı ilk xəbəri Fanat.az kluba yaxın mənbəyə istinadən aprelin 4-də yaymışdı. Sonradan Türkiyənin "Milliyət" qəzeti də xəbəri təsdiqləmişdi.
İsmail Kartal 2010-cu ildən "Fənərbaxça"da çalışır. Aykut Kocamanın köməkçisi olmuş 52 yaşlı mütəxəssis indi Ersun Yanala yardım edir. Məşqçiliyə "Fənərbaxça"nın aşağı yaş qruplarında başlayan İsmail Kartal daha sonra "Karabükspor", "Sivasspor", "Mardinspor", "Altay", "Malatyaspor", "Orduspor" və "Konya Şəkərspor"u çalışdırıb. O, 2004/05 mövsümündə "Sivasspor"u 1-ci liqanın qalibi edərək Super Liqaya çıxarıb.
52 yaşlı məşqçi futbolçu karyerası ərzində "Fənərbaxça" və "Adanaspor"un formasını geyinib, 1985-1986-cı illərdə Türkiyə millisində 5 oyun keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər