"Qəbələ"nin üçüncü cəhdi

"Qəbələ"nin üçüncü cəhdi

Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Fanat.az xəbər verir ki, finala vəsiqə yolunda “Xəzər Lənkəran”la üz-üzə gələcək “Qəbələ” ilk oyununu aprelin 16-da doğma meydanda keçirəcək.

Bu dəfəki yarımfinal “qırmızı-qaralar”ın tarixində 3-cü belə haldı. Əvvəlki iki turnirdə finalın 1 addımlığında dayanan “Qəbələ” 6 il əvvəl məhz “Xəzər Lənkəran”la görüşmüşdü. Onda hər iki komanda matçların ikisində də qol sevinci yaşamışdı. Amma ümumi nəticədə 4:2 hesablı qələbə cənubluları finala daşımışdı.

Növbəti mövsümdə “Qəbələ” final yolunda “İnter”lə qarşılaşıb. Bu dəfə hər iki komanda öz meydanında quru hesablı qələbə qazanıb. Ümumi hesabda 5:2 hesablı qələbə bakılıları finala çıxarıb.

Əvvəlki iki cəhddə yarımfinala adlaya bilməyən “Qəbələ” 3-cü cəhddə ilk dəfə finala adlamağa çalışacaq. 

2007/08 mövsümü

09.04.2008 Qəbələ - Xəzər Lənkəran 1:3

Qollar: İbrahim Hüseynov, 75 - Zaur Ramazanov, 12; 56. İrakli Vaşakidze, 15 (avtoqol).

23.04.2008 Xəzər Lənkəran - Qəbələ 1:1

Qollar: Rahid Əmirquliyev, 79 - Abdulkader Kamara, 35.

2008/09 mövsümü

29.04.2009 İnter - Qəbələ 5:0

Qollar: Valter Quqlemon, 5; 12-pen. Petar Zlatinov, 8. Danildo Assioli, 60. İvan Testimitianu, 76.

06.05.2009 Qəbələ - İnter 2:0

Qollar: Kənan Kərimov, 40. Azər Bağırov, 87.

gabalafc.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər