Antalyada təlim-məşq toplanışında olan "Qəbələ"nin yoxlama oyunu keçirəcəyi daha iki rəqib müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Yuri Syomin yetirmələrini Türkiyə və Rusiya klubları ilə oyunlarda sınayacaq.
Yanvarın 10-da rəqib Türkiyənin 3-cü liqasında çıxış edən "Maltepespor" olacaq. Yanvarın 25-də isə "Qəbələ" Rusiyanın I divizion təmsilçisi "Torpedo" (Moskva) ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qəbələ" Türkiyəyə "Tobol" (Qazaxıstan, 13 yanvar), "Konyaspor" (Türkiyə, 16 yanvar), "Spartak" (Qazaxıstan, 20 yanvar) və "Volqa" (Rusiya, 22 yanvar) klubları ilə də yoxlama oyunu keçirəcək.
Fanat.az