"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Çin klubuna keçdi

"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Çin klubuna keçdi

"Qəbələ”nin sabiq yarımmüdafiəçisi İsnik Aliminin yeni klubu müəyyənləşib

Fanat.Az xəbər verir ki, şimali makedoniyalı futbolçu karyerasını Çində davam etdirəcək.

Son iş yeri Rumıniya "Sepsi"si olan 30 yaşlı İsnik “Dalian Yinqbo” ilə müqavilə bağlayıb.

Sözügedən oyunçu cari mövsüm "Sepsi" forması ilə 17 mata çıxaraq 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki,  Alimi 2021-2023-cü illərdə “Qəbələ”də top qovub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər