"Qəbələ"nin sabiq forvardı I Liqa klubuna keçdi

"Qəbələ"nin sabiq forvardı I Liqa klubuna keçdi

"Qəbələ"nin bu yay yollarını ayırdığı Ruslan Voronsovun yeni klubu müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, təcrübəli forvard karyerasını yenidən I Liqada davam etdirəcək.

29 yaşlı futbolçu "Şahdağ Qusar"a keçib. Yay hazırlığı dövründə ilk olaraq "Xudat"la anlaşan Voronsov son anda qərarını dəyişərək Rahid Əmirquliyevin rəhbəri olduğu Qusar təmsilçisinə transfer olunub. 

Qeyd edək ki, Ruslan Voronsov "Qəbələ"yə 2024-cü ilin yayında "Cəbrayıl"dan keçmişdi.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər