"Qəbələ"nin rəqibi uduzdu

"Qəbələ"nin rəqibi uduzdu

“Qəbələ”nin Avroliqanın I təsnifat mərhələsindəki rəqibi “Şiroki Briyeq” cavab görüşü ərəfəsində yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Slaven Musanın yetirmələri yerli “Velej”lə üz-üzə gəlib.

Şiroki Briyeqdə keçirilən görüşdə hesabı meydan sahibləri açıb. Qolu Yosip Çorlukanın ötürməsindən sonra İvan Buhaç vurub. Lakin fasilədən sonra Mostar təmsilçisi 2 qol vuraraq qələbə qazanıb.


Qeyd edək ki, “Şiroki Briyeq” - “Qəbələ” görüşü iyulun 10-da, Bakı vaxtı ilə 23.30-da başlayacaq. Tərəflərin iyulun 3-də Qəbələdə reallaşan ilk duelində qonaqlar 2:0 hesabı ilə qalib gəlmişdi.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər