"Qəbələ"nin qəhrəmanı niyə qovuldu?

"Qəbələ"nin qəhrəmanı niyə qovuldu?
"Neftçi" - "Qəbələ" oyununda qonaqların qələbə qolunu vuran Lorenzo Ebesilio meydandan qovulub. Fanat.az xəbər verir ki, buna səbəb holland futbolçunun hərəkətləri olub.
Belə ki, əsas vaxtın son dəqiqəsində "Neftçi"nin qapısına yol tapan Ebesilio rəqibin baş məşqçisi Böyükağa Hacıyevin qarşısına gələrək formasını göstərib və müəyyən jestlər edib. Baş hakim Əliyar Ağayev onun bu hərəkətini sarı vərəqə ilə cəzalandırıb. Lorenzo cəmi 2 dəqiqə sonra daha bir sarı vərəqə alaraq meydandan qovulub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər