"Qəbələ"nin qəhrəmanı danışdı: "İnandıq"

"Qəbələ"nin qəhrəmanı danışdı: "İnandıq"
"İnanılmaz oyun idi. Mövsümdə ilk dublumu rəsmiləşdirdim. Qələbəyə görə çox sevincliyəm. Komandamız ikinci hissədə xarakter nümayiş etdirdi. İlk qolu vursaq da, qapımızda sanssız şəkildə qol gördük. Amma ruhdan düşmədik, sona qədər döyüşdük. Düşünürəm ki layiqli qələbə qazandıq". Fanat.az xəbər verir ki, bu sözləri "Simurq"la matçdan sonra "Qəbələ"nin futbolçusu Daniel Subotiç deyib. 
"Simurq"la oyunda (2:0) dubl edən və mövsümdəki qollarının sayını 6-a çatdıran futbolçu uğurlu statististikasının davam etməsinə görə şad olduğunu bildirib. Hücumçu matçın son saniyələrində vurduğu qola şərh verməyi də unutmayıb: "Komandam mənim qol vurduğum oyunların hamısında qələbə qazanıb. Bu uğurlu statistikanın davam etməsinə görə çox şadam. Önəmli olan komandamın qalib gəlməsi və xal ehtiyatını zənginləşdirməsidi. İnanıram ki, qol vurmağa və qələbə qazanmağa davam edəcəyik. "Simurq" üzərində qələbəmiz çox çətin və maraqlı alındı. Son anda qol vurmaq insana fərqli duyğular yaşadı. Matça 3 dəqiqə əlavə olundu, amma biz sona qədər qələbəmizə inandıq. Ebesilio ilə bir-birimizi çox gözəl başa düşürük. O, mənim əlverişli mövqedə olduğumu vaxtında gördü və  gözəl ötürmə verdi. Mən də üzərimə düşəni etdim". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər