"Qəbələ"nin qapıçısı əməliyyat olunacaq?

"Qəbələ"nin qapıçısı əməliyyat olunacaq?
Ötən həftə məşq zamanı zədələnən "Qəbələ"nin braziliyalı qapıçısı Dieqo Koşta Silva əməliyyat olunacaq. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytına açıqlama verən komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov qolkiperin dizində mensk yırtığı əmələ gəldiyini bildirib.
Kosta vətənində əməliyyat olunacaq: "Dieqo ötən həftə məşqdə zədələndi. Müayinə zamanı dizində mensk yırtığı olduğu müəyyənləşdi. Müayinədən sonra onu əməliyyat üçün vətəni Braziliyaya yola saldıq. Dieqonun yanvar ayının ortalarında məşqlərə qatılması gözlənilir".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər