"Qəbələ"nin oyununda qəza qurbanları anıldı

"Qəbələ"nin oyununda qəza qurbanları anıldı

Hollandiyada təlim-məşq toplanışında olan "Qəbələ" dünən "Alkmaar"la yoxlma oyunu keçirib. Fanat.az xəbər verir ki, təmsilçimizin 0:2 hesabı ilə yenildiyi matç bir dəqiqəlik sükutla yad olunub.

Belə ki, matçdan əvvəl Ukrayna səmasında vurulan Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edən Malayziyaya məxsus təyyarədə həlak olmuş insanların xatirəsi yad olunub. Komandalar meydançaya qara sarğı ilə çıxıblar.

Qeyd edək ki, bir neçə gün əvvəl Ukraynadakı Rusiya silahlıları tərəfindən vurulduğu iddia edilən təyyarədə 280 sərnişin və 15 ekipaj üzvü olub. 295 nəfərin hamısı ölüb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər