"Qəbələ"nin nigeriyalısı dünya çempionatında fərqləndi

"Qəbələ"nin nigeriyalısı dünya çempionatında fərqləndi

“Qəbələ”nin legioneri Salihu Nasiru Çilidə keçirilən 20 yaşadək futbolçular arasında dünya çempionatında fərqlənib. 

Fanat.Az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi Nigeriya millisinin heyətində Səudiyyə Ərəbistanı yığması ilə matçda uğurlu çıxışı ilə yadda qalıb.

Afrika təmsilçisi ərəbləri 3:2 hesabı ilə məğlub edib ki, Nasiru 70 dəqiqə mübarizə apardığı oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə diqqət çəkib.

Nigeriya millisi növbəti oyununu oktyabrın 6-da Kolumbiya yığmasına qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər