Topaz Premyer Liqasının 30-cu turunda AZAL-ı qəbul edəcək "Qəbələ" matça hazırlığı davam etdirir. Fanat.az xəbər verir ki, şimallıların heyətində itkilər var.
Hazırlığa zədəli Omar Kalabane, İbrahima Niasse və Nikola Valentiç qatılmır. Lorival Assis isə dizindəki ağrılara gğrə komandadan ayrı çalışır. Valentiçin aprelin 14-də əməliyyat olunması gözlənilir.
Xatırladaq ki, "Qəbələ" bu tur AZAL-la oyuna daha bir itki ilə çıxacaq. Xəbər verdiyimiz kimi, vərəqə limitini dolduran Lorentso Ebesilio "təyyarəçilər"lə oyunu buraxmaq məcburiyyətindədi.
Fanat.az