"Qəbələ"nin müdafiə xətti sıradan çıxdı

"Qəbələ"nin müdafiə xətti sıradan çıxdı
"Qarabağ"la matçdan sonra bir günlük istirahətə buraxılan "Qəbələ" bu gün etibarən növbəti - XXIX tur çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" ilə qarşılaşmanın hazırlıqlarına start verib. Fanat.az xəbər verir ki, Yuri Syominin rəhbərliyi altında "Bakı"nın təlim-məşq bazasında baş tutan məşq prosesinə 3 futbolçu qatılmayıb.
Belə ki, zədəsi olan Omar Kalabane, İbrahima Niasse və Nikola Valentiç qatılmayıb. Futbolçular məşq boyunca müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Elnur Allahverdiyevin də zədə səbəbindən "Xəzər Lənkəran" matçını buraxacağını nəzərə alsaq, "Qəbələ" bu oyunda meydana 4 müdafiəçisi olmadan çıxacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər