"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına növbəti müsahibəsində növbəti dəfə ölkəmizdəki fəaliyyətinə toxunub. Fanat.az xəbər verir ki, "Mordoviya" ilə müqavilə bağlayan təcrübəli mütəxəssis bildirib ki, "Qəbələ"nin ondan inciməsi düzgün olmazdı:
"Mən "Qəbələ"də gözəl günlər keçirdim. Məşqçi üçün əsas olan odu ki, ona işləməsi üçün bütün lazımı şərait yaradılır. "Qəbələ"də də hər şey bu cür idi. Sadəcə, biz müqavilə bağlayanda belə bir şərtimiz var idi ki, orda 1 il işləyəcəm. Ona görə də ordan ayrılmağım üçün "Qəbələ"nin məndən inciməsi düzgün olmazdı".
Syomin dünya çempionatını izləmək üçün Braziliyaya getməməsinin səbəbini də izah edib: "Düzdü, mən "Qəbələ"dən ayrılanda demişdim ki, dünya çempionatını izləmək istəyirəm və bu məqsədlə Braziliyaya gedəcəm. Lakin elə oldu ki, işləmək üçün "Mordaviya"dan təklif aldım və bu təklif mənə maraqlı gəldi. Ona görə də planımı dəyişdim".
Fanat.az