"Qəbələ"nin kubokun 1/8 final mərhələsində neçə əskiklə oynayacağı açıqlandı

"Qəbələ"nin kubokun 1/8 final mərhələsində neçə əskiklə oynayacağı açıqlandı

Bizon Azərbaycan Kubokunun 1/8 final final mərhələsində 1-ci Liqa təmsilçisi "Şəfa" ilə qarşılaşacaq "Qəbələ"nin oyuna neçə itki ilə çıxacağı bəlli olub.

Bu barədə Fanat.Az-a "qırmızı-qaralar"ın sözçüsü Elnur Məmmədli məlumat verib:

"Cəzalı oyunçu yoxdur. Yalnız bir oyunçu zədə səbəbindən "Şəfa"ya qarşı oynamayacaq ki, o da fransalı yarımmüdafiəçi Jondo Fuksdur".

Qeyd edək ki, "Qəbələ" - "Şəfa" görüşü dekabrın 4-də keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək. Meydan sahibləri mübarizəyə bu mərhələdən qoşulacaqlarsa, "Şəfa" 2-ci təsnifat mərhələsində "Cəbrayıl"ı 3:0 hesabı ilə yenərək Premyer Liqa komandası ilə qarşılaşmaq hüququ qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər