"Qəbələ"nin İtaliyadakı oyunlarının təqvimi bəllidi

"Qəbələ"nin İtaliyadakı oyunlarının təqvimi bəllidi

 

1999-cü il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında Stefano Qusellanın xatirəsinə həsr olunan turnirin püşkatması keçirilib. Fanat.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edəcək “Qəbələ”nin 15 yaşadək futbolçularından ibarət komandasının rəqibləri və oyunlarının təqvimi də müəyyənləşib.

 

 

 

Aprelin 18-dən 21-dək İtaliyada keçiriləcək turnirdə iştirak edəcək 48 komanda püşkdə 12 qrupa bölünüb. “Qəbələ” R qrupunda yerli komandalarla - “Torino”, “Valle daosta” və “Arenzano” ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

 

 

Azərbaycan təmsilçisi Turindəki ilk oyununu aprelin 18-də Bakı vaxtı ilə 14.00-da “Valle daosta”ya qarşı keçirəcək. Həmin gün 19.30-da “Arenzano”nu sınağa çəkəcək “Qəbələ” ertəsi gün 16.00-da “Torino” ilə üz-üzə gələcək. Komandanın digər matçları isə qrupda tutacağı yerdən asılı olacaq.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər