"Qəbələ"nin iki legioneri ölkəmizdən gedə bilər

"Qəbələ"nin iki legioneri ölkəmizdən gedə bilər

Leonardo Silva və Lorenzo Ebesilio "Qəbələ"Ni tərk edə bilər. Fanat.az xəbər verir ki, bu barədə futbol agenti Dmitri Selyuk məlumat verib.

Hər iki futbolçunun və Yuri Syominin meneceri olan Selyuk onların yayda ölkəmizdən gedə biləcəyini deyib: 21 yaşılı braziliyalı Leonardo bu gün Azərbaycanda "qol+ötürmə" sistemi üzrə ən yaxşıdı. 22 yaşı hollandiyalı Ebesilio "Ayaks"ın heyətində ikiqat Hollandiya çempionudu. Avropanın ən istedadlı gənc oyunçularının iyirmiliyinə daxil idi. Mərkəzdə və cinahda fəaliyyət göstərə bilər. Necə deyərlər, baxmadan ötürmə verir. Syomin hesab edir ki, bu, gənc Loskovdu. Yuri Pavloviç isə sözləri boşuna demir. Bilmirəm, ikisi də qışda gedəcək, ya yox. Çünki bu halda “Qəbələ” “qızıl”sız da qala bilər. Ancaq yayda birmənalı şəkildə variantlar olacaq. Axı mən onları yarım ilə havayı da verə bilərəm. Sonra hesablaşarıq!"

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər