"Qəbələ" ev oyunlarında qələbəyə həsrət qalıb. Fanat.az xəbər verir ki, bölgə klubu sonuncu dəfə XVIII turda doğma arenada qələbəyə sevinib.
Həmin matç 2013-cü ilin 20 dekabrına təsadüf edib. "Bakı"nı qəbul edən "Qəbələ" Daniel Subotiç və Lorenzo Ebesilionun (penalti) qolları ilə 2:0 hesablı qələbəyə sevinib.
Bundan sonra Yuri Syominin yetirmələri baş tutan 4 e oyununda 1 heç-heçəyə razılaşıb və 3 oyunda məğlub olub. "Rəvan"la sülh bağlayan (0:0) qəbələlilər, "Qarabağ" (0:1), "Xəzər Lənkəran" (2:3) və "Neftçi"yə uduzub (1:2).
Ötən ilin 20 dekabrında son qələbəsini qazanan "Qəbələ" artıq 80 gündü doğma meydanda qələbə qazana bilmir. Yuri Syominin yetirmələri növbəti ev oyununu XXVII turda - martın 23-də "İnter"ə qarşı keçirəcək. Deməli, Yuri Syominin yetirmələri ən azı 93 gün doğma meydanda qələbəyə həsrət qalacaq.
Fanat.az