"Qəbələ"nin hazırlıq planı bəlli oldu

"Qəbələ"nin hazırlıq planı bəlli oldu

“Qəbələ”nin 2024-2025-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib. 

Fanat.Az növbəti mövsüm I Liqada çıxış edəcək klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə başlayacaq.

Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Ardınca komanda təlim-məşq toplanışına start verəcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. Bu görüşlərdəki rəqiblər və matçların tarixi barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, I Liqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər