"Qəbələ"nin güclü olmasını istəmirlər"

"Qəbələ"nin güclü olmasını istəmirlər"

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına açıqlama verib. Fanat.az xəbər verir ki, “Sport - Ekspress”ə danışan mütəxəssis “İnter”dən aldığı darmadağını şərh edib:

“Bəli, biz güclü komanda olan “İnter”ə məğlub olduq və dərhal mənim istefam haqda söz-söhbət dolaşmağa başladı. Görünür, kimsə “Qəbələ”nin güclü klub olmasını istəmir. İnanın, biz güclü kollektiv yaradırıq və bu yolda bütün gücümüzü qoyuruq. Təəssüf ki, kubok oyunundan sonra bərpaya imkan tapmadıq. Dörd əsas müdafiəçimiz sıradan çıxmışdı. Nəticədə məğlub olduq... “Qəbələ” ilə müqaviləmin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.  Klub rəhbərliyi ilə söhbətimiz oldu.Çempionat başa çatandan sonra, danışıqlar masası arxasına əyləşməyi qərara aldıq. Avrokuboklara düşmək tapşırığı əsas hədəf olaraq qalır”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər