"Qəbələ"nin futbolçusu sürücülük vəsiqəsini rüşvətlə alıb

"Qəbələ"nin futbolçusu sürücülük vəsiqəsini rüşvətlə alıb

Yuri Syominin gəlişindən sonra "Qəbələ"nin əsas heyətindən kənarlaşdırılan Kristian Pulhakla bağlı Rumıniya mətbuatı maraqlı məlumat yayılıb. Fanat.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin adı rüşvət qalmaqalında hallanır.

Rumın həmkarlarımızın yazdığına görə, Pulhak sürücülük vəsiqəsi əldə etmək üçün ölkənin müvafiq qurumuna 4500 dollar pul ödəyib. Maraqlıdı ki, işin üstü 2009-cu ildə açılıb. Təxminən 415 nəfər məhkəməyə verilib ki, Pulhak da onların arasında olub. Buna baxmayaraq, məhkəmə rumıniyalı futbolçunu sürücülük hüququndan məhrum etməyib.

Qeyd edək ki, Pulhak "Qəbələ"nin heyətində oyunlara çıxmasa da, o, hələ də müqavilə ilə əyalət təmsilçisinə məxsusdu. O, ötən mövsümün qış fasiləsində transfer olunuğb və ölkəmizdə 10 rəsmi oyuna çıxıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər