"Qəbələ"nin futbolçusu Rusiyada oynamağa hazırdı!

"Qəbələ"nin futbolçusu Rusiyada oynamağa hazırdı!
"Komandamda Lorenzo Ebesilionu xüsusi qeyd edərdim. Bu futbolçu istənilən Rusiya komandasında oynaya bilər. O, hollandiyalıdı. “Ayaks”da yetişib və oynayıb. Donetsk “Metallurq”unda da çıxış edib. Hələ 22 yaşı var. Ancaq o aşkar şəkildə öz hazırlığı ilə seçilir. Lorenzo bizim komandanın lideridi". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı çalışdırıcı vətənində verdiyi açıqlamada Premyer Liqadakı legioner limitinə də toxunub: "Rusiyadakı kimi, Azərbaycanda da legioner limiti var. Meydançada mütləq 4 yerli futbolçu olmalıdı. Həmin bu oyunçular böyük rol oynayır. Məsələn, “Neftçi”də artıq çoxdandı ki, öz azərbaycanlı futbolçu kadrları var. Onlarda ən yaxşıları yığılıb. “Spartak” Nikiforov, Onopko, Tsımbaları öz vaxtında yığdığı kimi, burda da belədi. Bu baxımdan biz “Neftçi” və “Qarabağ”a uduzuruq. Limitin özü kifayət qədər sərt qoyulub. Yerlilərdən biri 21 yaşdan böyük olmamalıdı. “Qəbələ”də gənc oyunçuların yetişməsinə böyük diqqət ayırırlar. Özlərinin futbol akademiyası var". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər