"Qəbələ"nin futbolçusu rəsmən "Srvena Zvezda"da

"Qəbələ"nin futbolçusu rəsmən "Srvena Zvezda"da

"Qəbələ"nin yollarını ayırdığı Deyan Kelharın yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, Sloveniya yığmasının üzvü "Srvena Zvezda"ya keçib.

Bu barədə Serbiya klubunun rəsmi saytı məlumat yayıb. Kelhar vaxtı ilə Çempionlar Liqasının qalibi olmuş klubla sonradan uzadılması mümkün olan 6 aylıq müqavilə imzalayıb. Sloveniyalı futbolçu yeni klubunda 44 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2012/13 mövsümündən "Qəbələ"də çıxış edən 29 yaşlı müdafiəçi 38 oyunda 1 qol vurub. Kelhar cari mövsümdə cəmi 7 oyunda meydana çıxıb və baş məşqçi Yuri Syomin ona güvənmir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər