"Qəbələ"nin futbolçusu: "Hara qaçacağımı bilmirdim"

"Qəbələ"nin futbolçusu: "Hara qaçacağımı bilmirdim"
Ürfan Abbasov “Qəbələ”də keçirdiyi 63-cü oyununda ilk qolunu vurub. Fanat.az xəbər verir ki, Premyer Liqanın XXXI turu çərçivəsində keçirilən "Rəvan"la matçda fərqlənən müdafiəçi klub tarxinə rəqib qapısına yol tapan 84-cü futbolçu kimi düşüb. Abbasov Premyer Liqada fərqlənən 62-ci “Qəbələ”lidi. 
İlk qolun təəssüratlarını klubun rəsmi saytı ilə bölüşən Abbasov bu hissi yaşadığına görə çox sevincli olduğunu deyib: "Mənim üçün çox yaddaqalan oyun oldu. Qalib gəldik, ilk qolu vurmaq nəhayət ki, qismət oldu. Müdafiədə oynadığıma görə çox irəli çıxmaq, qol epizodlarında yer almaq imkanım olmur. Amma bu dəfə irəli çıxdım və Daniel Subotiçdən gözəl ötürmə aldım. Yekun zərbəm dəqiq alındı. Qoldan sonra çox sevindim, hətta hara qaçacağımı da bilmirdim. Mənim üçün çox həzzverici və həyəcanlı an idi. İnanıram ki, gələcək oyunlarda da belə şanslar yaxalayıb, komandama kömək edəcəyəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər