"Qəbələ"nin futbolçusu ən yaxşı oldu

"Qəbələ"nin futbolçusu ən yaxşı oldu

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə Azərbaycan və Latviyanın U-19 milliləri arasında keçirilmiş oyunun ən yaxşıları müəyyənləşib. Fanat.az xəbər verir ki, hər iki komandanın heyətində qol vuran futbolçular fərqlənib.

Latviya yığmasında Andris Kruşatins, millimizdə isə Bəhlul Mustafazadə ən yaxşı olub. "Qəbələ"nin üzvü olan Bəhlul qrup mərhələsinin Yaponiya ilə oyununda da ən yaxşı seçilmişdi. Çexiya və Yunanıstanla oyunlarda isə "Xəzər Lənkəran"ın futbolçusu Elnur Cəfərov fərqlənmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər