AFFA-nın təşkil etdiyi çempionatda hakim döyülüb. Fanat.az xəbər verir ki, hadisə U-19 liqasında baş verib.
Liqanın “Simurq” - “Qəbələ” matçının 90+3-cü dəqiqəsində qonaq komandanın futbolçuları - Yusif Nəbiyev və Ehtiram Şahverdiyev hakimə fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Hər iki futbolçu bu səbəbdən 10 oyunluq cəzalandırılıb. "Qəbələ"nin başqa bir üzvü - Emin Zamanov hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə alıb və 5 oyunluq cəzalanıb.
Fanat.az