"Qəbələ"nin formasını daşımaqdan yorulmamışam"

"Qəbələ"nin formasını daşımaqdan yorulmamışam"
“Rəvan”la oyun komandanın ən təcrübəli futbolçusu Dodo üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, 2011-ci ilin yayında transfer olunan braziliyalı “qırmızı-qara” formada yubiley - 100-cü oyununu keçirib. 
Buna nail olan ilk futbolçu kimi klub tarixinə düşən Dodo ləqəbli legioner həm də yeni rekorda imza atıb. Cənubi amerikalı 99 oyun keçirən Pavel Doroşevi arxada qoyub. Dodo bu oyunların 91-ni çempionat, 9-nu kubokda keçirib. Bu oyunlar ərzində braziliyalı 16 dəfə rəqib qapıçılarını məyus edib. 
Qələbə ilə yekunlaşan "Rəvan" - "Qəbələ" matçının ardından braziliyalı futbolçu 100-cü oyun təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb. Yarımmüdafiəçi "qırmızı-qara" forma ilə bu anı yaşadığına görə özünü xoşbəxt hiss etdiyini deyib: "Qəbələ"nin tarixinə düşdüyümə görə sevincliyəm. Xoşbəxtlikdən 100-cü oyunum qələbə ilə yekunlaşdı. Bu mənim üçün xüsusi yaddaqalan oldu. Artıq 3-cü ildi ki, "Qəbələ"dəyəm. Bu müddət ərzində həm sevincli, həm kədərli günlərimiz olub. Komandamla gözəl qələbələrə sevinib, gözlənilməz məğlubiyyətlərə üzülmüşük. Amma heç vaxt "qırmızı-qara" formanı geyinməyimə peşman olmamışam, bu formanı daşımaqdan yorulmamışam. Hər zaman rəhbərlikdən dəstək, azarkeşlərimizdən sevgi görmüşəm. Yəni arxada qoyduğum 100 oyundan həzz almışam. Bu forma ilə böyük uğurlar qazanmaq istəyirəm. İnanıram ki, istəklərimə nail olacağam". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər