"Qəbələ"nin əvəzediciləri ilk sınaqdan qalib ayrıldılar

"Qəbələ"nin əvəzediciləri ilk sınaqdan qalib ayrıldılar

Növbəti mövsümün hazırlıqlarını Gürcüstanda davam etdirən "Qəbələ"nin əvəzedici komandası qonşu ölkədə ilk sınaq oyununu keçirib. Gürcüstan I Divizionunda mübarizə aparan "Mark Stars of Georgia" kollektivi ilə üz-üzə gələn "qırmızı-qaralar" qələbə qazanmağı bacarıb. Rəqibin fiziki və yaş üstünlüyünə baxmayaraq, layiqli oyun nümayiş etdirən Luis Araqonun yetirmələri yekunda 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ"yə qələbə qazandıran qollara Qismət Alıyev və Salman İbrahimov imza atıb.

İyulun 27-dək davam edəcək toplanış müddətində "Qəbələ" daha 3 oyun keçirəcək. Rəqiblər və oyunların keçirilmə vaxtı ilə sizləri tanış edirik: 24 iyul, 18:00"Dinamo" (Tbilisi) - "Qəbələ" - (əvəzedicilər)25 iyul, 17:30"Vircorciya" - "Qəbələ" - (əvəzedicilər)26 iyul, 10:00

"Spartak" (Tbilisi) - "Qəbələ" - (əvəzedicilər)

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər