"Qəbələ"nin əvəzediciləri Gürcüstana yollandı

"Qəbələ"nin əvəzediciləri Gürcüstana yollandı

Növbəti mövsüm hazırlıqlarının ilkin mərhələsini doğma şəhərdə keçirən "Qəbələ"nin əvəzedicilər komandası təlim-məşq toplanışının ikinci mərhələsi üçün Gürcüstana yollanıb. Luis Araqonun yetirmələri qonşu ölkədə iyulun 27-dək hazırlıq keçəcək. Səfər müddətində - iyulun 21-i, 22-i, 23-ü və 25-i komanda 4 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. "Qəbələ" Gürcüstana 27 nəfərlik futbolçu heyəti  ilə yollanıb:

Rəşid Əmiraslanov, Murad Musayev, Müşfiq Teymurov, Hümbət Cəfərov, Ramazan Həsənov, Elnur Mustafazadə, Şirməhəmməd Məmmədov, Tərlan Əhmədov, Elsevər Bəkirzadə, Əziz Hüseynov, Tellur Mütəllibov, Ruslan Bədəlov, Əli Hüseynli, Amol Yunanov, Kamal Mirzəyev, Salman İbrahimov, Fərid Hacıyev, Ehtiram Şahverdiyev, Qismət Alıyev, İbrahim Aslanlı, Həsən Hüseynov, Ramiz Əliyev, Elton Xudadatov, İsmayıl İsmayılov, Vəkil Talıbov, Elşən İsmayılov, Anar Hüseynov.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər