"Qəbələ"nin daha bir üzvü zədələndi

"Qəbələ"nin daha bir üzvü zədələndi
Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ"pin daha bir futbolçusu zədələnib. Fanat.az xəbər verir ki, bu dəfə Lorenzo Ebesilio sıradan çıxıb.
Holland hücumçu bu səbəbdən Qazaxıstanın "Tobol" klubu ilə yoldaşlıq oyununu buraxıb. Ebesilionun meydana nə vaxt dönəcəyi açıqlanmır.
Qeyd edək ki, Lorenzo "Qəbələ"nin əsas heyət üzvlərindən biridi. Yayda ölkəmizə gələn 22 yaşlı holland futbolçu Premyer Liqada 17 (1471 dəqiqə), kubokda 1 (45 dəqiqə) oyun keçirib. Ebesilio çempionatda 4 qola imza atıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər