"Qəbələ"nin daha bir rəqibi müəyyənləşdi

"Qəbələ"nin daha bir rəqibi müəyyənləşdi
"Qəbələ"nin daha bir rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, Yuri Syomin yetirmələrini Qazaxıstanın "Tobol" klubu ilə oyunda sınayacaq.
Artıq oyunun vaxtı da müəyyənləşib. "Qəbələ" "Tobol"la yanvarın 13-də Antalyada üz-üzə gələcək.
1967-ci ildə yaradılan "Tobol" klubu 2010-cu ildə ölkə çempionu olub, 2003, 2005, 2007 və 2008-ci illərdə gümüş medal qazanıb. 2007-ci ildə Qazaxıstan kubokuna sahib çıxan "Qəbələ"nin rəqibi son mövsümü 7-ci pillədə başa vurub.
Qeyd edək ki, "Qəbələ" yanvarın 16-da Türkiyənin "Konyaspor", 20-də Qazaxıstanın "Spartak", 22-də Rusiyanın "Volqa" (Nijni Novqorod) klubları ilə qarşılaşacaq. Yuri Syomin yetirmələrini yanvarın 10-da, 24-də və 27-də daha üç oyunda sınayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər