Daniel Subotiçin yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, "Qəbələ"dən ayrılan futbolçu karyerasını Küveytdə davam etdirəcək.
Belə ki, Xorvatiya əsilli isveçrəli futbolçu "Əl Qadsia" klubu ilə müqavilə bağlayıb. Bu barədə Suboiçtin sevgilisi Qrama İoana "Facebook" səhifəsində məlumat verib.
Qeyd edək ki, Subotiç "Qəbələ"dən ailə probelmlərini əsas gətirərək ayrılmışdı. Ölkəmizdə keçirdiyi 35 oyunda 13 qol vuran Daniel "Qəbələ"nin ən sərrast futbolçusu olmuşdu.
Fanat.az