"Qəbələ"nin baş məşqçisi ildə 500 min alacaq

"Qəbələ"nin baş məşqçisi ildə 500 min alacaq

"Qəbələ" rumıniyalı mütəxəssis Dorinel Muntyanunun bu klubun baş məşqçisi olacağına dair yayılan məlumatları təkzib etsə də, Rumıniya mətbuatı əksinə, ortaya atdığı maraqlı iddia ilə bu məsələdə inadkarlıq edir. Fanat.az xəbər verir ki, fanatik.ro saytı təcrübəli mütəxəssisin yeni mövsümdən əyalət təmsilçisini çalışdıracağını yazıb.

 

Xəbərdə qeyd olunur ki, Muntyanu hələ 1 ay öncə "Qəbələ" rəsmiləri ilə görüşüb. Rumıniyalı həmkarlarımız artıq məsələnin 80 faiz həll olunduğunu bildirirlər. Hətta onlar Muntyanunun "Qəbələ"də qazanacağı məbləği də açıqlayıblar. Saytın yazdığına görə, klub rəhbərliyi ona illik 500 min avro təklif edib.

 

Qeyd edək ki, məşqçi karyerası ərzində əsasən yerli klubları çalışdıran rumıniyalı mütəxəssis 2012-ci ildən Rusiya Premyer Liqasında işləyib. Onun bu ölkədə ilk klubu "Mordoviya" olubsa, son olaraq, "Kuban"a başçılıq edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər