"Qəbələ"nin Antalya toplanışı bitdi

"Qəbələ"nin Antalya toplanışı bitdi

2013/14 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 21-ci gününü 2 məşqlə yekunlaşdırıb. Fanat.az xəbər verir ki, Yuri Syominin başçılığı altında baş tutan məşqlərdə komanda toplu və topsuz çalışmalar, müxtəlif fiziki təmrinlər yerinə yetirib. 

Daniel Subotiç və Rail Məlikov komandadan ayrı çalışıb. Zədəli olan Ebesilio və Omar Kalabane məşqlərdə iştirak etməyib.

Qeyd edək ki, "Qəbələ" bu gün səhər saatlarında Antalya toplanışı çərçivəsində son məşqini keçirib. Axşam saatlarında isə "qırmızı-qaralar" vətənə dönəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər