"Qəbələ"nin 8, AZAL-ın 15 oyunluq seriyası qırıldı

"Qəbələ"nin 8, AZAL-ın 15 oyunluq seriyası qırıldı

Premyer Liqanın cari mövsümündə heç-heçə etməyən komanda qalmayıb. Fanat.az xəbər verir ki, "Qəbələ" və AZAL-ın heç-heçəsiz oyunlar seriyası qırılıb. 

"Qəbələ" Premyer Liqada 8 oyundan sonra heç-heçə oynayıb. Belə ki, bölgə klubu sonuncu heç-heçəsini ötən mövsümün XXXI turunda - mayın 14-də "Neftçi" ilə ev matçında etmişdi - 1:1. Həmin oyundan sonra ötən mövsümün 1, cari mövsümün isə 7 qarşılaşmasında "Qəbələ" ya udmuş, ya da uduzmuşdu.

AZAL isə 15 oyundan sonra meydandan bir xalla ayrılıb. Vaqif Sadıqovun komandası sonuncu dəfə ötən mövsümün XXIV turu çərçivəsində martın 30da "Xəzər Lənkəran"la keçirilən görüşdə heç-heçə etmişdi - 1:1. Ötən mövsüm 8, cari mövsümdə isə 7 oyuna çıxan "təyyarəçilər"in bütün qarşılaşmalarında qalib müəyyənləşmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər