"Qəbələ"nin 2, AZAL-ın 1 üzvü cəzalandı

"Qəbələ"nin 2, AZAL-ın 1 üzvü cəzalandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının XXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
AZAL - “Qəbələ” matçında meydan sahiblərindən iki, qonaqlardan bir futbolçu qırmızı vərəqə alıb. Belə ki, AZAL-dan Adil Nağıyevlə Ramil Rəhimzadə, "Qəbələ"dən isə Fərid Səmədzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb. Hər üç futbolçu 1 oyunluq cəzalanıb, klubları 100 manat cərimə olunub.
"Simurq" isə "Sumqayıt"la oyunda 6 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimə edilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər