"Qəbələ"nin əvəzedici komandasının uğurlu seriyası qırılıb. Fanat.az xəbər verir ki, bölgə klubunun seriyasına dünən "Qarabağ" son qoyub - 1:3.
Bununla da "Qəbələ" 10 oyundan sonra məğlubiyyət acısı yaşayıb. Belə ki, Luis Araqonun yetirmələri sonuncu dəfə XVII turda məğlubiyyət acısı yaşamışdı. Dekabrın 14-nə təsadüf edən matçda "Neftçi" bölgə təmsilçisinə 2 cavabsız qolla qalib gəlmişdi - 2:0.
Həmin vaxtdan sonra baş tutan 10 oyunda qəbələlilər meydandan xalsız ayrılmamışdı. Bu müddətdə Araqonun yetirmələri 4 qələbə qazanıb və 6 oyunda heç-heçə edib. "Qəbələ" "Qarabağ"la matçdan əvvəl ardıcıl 5 matçda sülhə razılaşmışdı.
18-ci tur: Qəbələ - Bakı 2:1
19-cu tur: Sumqayıt - Qəbələ 1:4
20-ci tur: Qəbələ - Qarabağ 2:1
21-ci tur: Qəbələ - Xəzər Lənkəran 2:2
22-ci tur: AZAL - Qəbələ 0:2
23-cü tur: Qəbələ - Rəvan 0:0
24-cü tur: Simurq - Qəbələ 1:1
25-ci tur: Qəbələ - Neftçi 1:1
26-cı tur: Bakı - Qəbələ 0:0
27-ci tur: Qəbələ - İnter 1:1
Fanat.az