"Qəbələ"ni "Neftçi"li əvəzlədi

"Qəbələ"ni "Neftçi"li əvəzlədi
21 yaşadək futbolçulardan ibarət yığma komandamızın heyətində dəyişiklik edilib. Fanat.az xəbər verir ki, zədə səbəbindən bir futbolçu heyətdən çıxarılıb.
Belə ki, "Qəbələ"nin üzvü Ürfan Abbasov zədəli olduğu üçün yığmanın heyətinə qatıla bildirib. Əvəzində "Neftçi"nin üzvü Emin Mehtiyev isə U-21-ə dəvət olunub.
Qeyd edək ki, yığmamız 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-də Makedoniya yığması ilə qarşılaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər