21 yaşadək futbolçulardan ibarət yığma komandamızın heyətində dəyişilik edilib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin üzvü Ürfan Abbasov heyətdən çıxarılıb.
Artıq onun yerinə yığmaya futbolçu cəlb olunub. "Neftçi"nin üzvü Emin Mehtiyev U-21-ə dəvət olunub.
Qeyd edək ki, Azərbaycan yığması 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-də Makedoniya yığması ilə qarşılaşacaq.
Fanat.az