"Qəbələ"dən "Mordoviya"da daha bir transfer

"Qəbələ"dən "Mordoviya"da daha bir transfer
"Qəbələ"nin daha bir futbolçusu karyerasını Rusiyada davam etdirəcək. Fanat.az xəbər verir ki, İbrahima Niasse "Mordaviya"ya keçir.
Rusiya mətbuatının məlumatına görə, seneqallı yarımmüdafiəçi dünən "Mordaviya"nın bazasına gedib və "Qəbələ"də rəhbərliyi altında oynadığı Yuri Syominlə görüşüb. Rəsmi müqavilənin bu gün imzalanması gözlənilir. 
Qeyd edək ki, Niasse 2011-ci ildən ölkəmizdə çıxış edir. İki mövsüm "İnter"in şərəfini qoruyan 26 yaşlı yarımmüdafiəçi ötən yay "Qəbələ"yə transfer olunmuşdu. 2013/14 mövsümündə 35 rəsmi oyuna çıxıb və bir qol vurub.
Onu da qeyd edək ki, ötən mövsüm "Qəbələ"nin formasını geyinmiş daha bir legioner - holland Lorenzo Ebesilio da karyerasını "Mordoviya"da davam etdirəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər