"Qəbələ"də yeni rekordçu

"Qəbələ"də yeni rekordçu
AZAL-la matçda "Qəbələ"nin ilk qoluna imza atan Daniel Subotiç klub tarixində yeni rekord müəyyənləşdirib. Fanat.az xəbər verir ki, serb hücumçu mövsümdə 10-cu qolunu vurmaqla Premyer Liqada “Qəbələ”nin bir çempionatda ən çox fərqlənən futbolçusu olub.
Bunadək rekord 9 qola bərabər idi. 2010/11 mövsümündə Deon Barton, növbəti çempionatda isə Yannik Kamanan və Dodo yarışı 9 qolla tamamlamışdı. Bu 3 futbolçunun rekordunu ötən tur təkrarlayan Daniel artıq mütləq rekordçu adına yiyələnib. O, hazırda Vaqif Cavadovla birlikdə 10 qolla çempionatın bombardirlər siyahısına da başçılıq edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər