Premyer Liqanın XIV turu çərçivəsində AZAL-ı qəbul edəcək "Qəbələ" oyununun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, doğma şəhərdə hazırlıq keçən komandanın düşərgəsinə yeni futbolçu qatılıb.
Bu "Qəbələ"nin əvəzedicilərdən ibarət komandasının heyətində top qovan Şamil Camalədinnovdu. Ampluaca yarımmüdafiəçi olan Şamil 1995-ci il mayın 1-də anadan olub. Yarımmüdafiəçi Azərbaycan U-19 komandasının üzvüdü.
Fanat.az