"Qəbələ"də şok gediş: Daniel Subotiç...

"Qəbələ"də şok gediş: Daniel Subotiç...
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ”də böyük gediş reallaşıb. Fanat.az xəbər verir ki, komandanın aparıcı siması, qol silahı Daniel Subotiç bölgə klubu ilə yollarını ayırıb.
Yuri Syominin təşəbbüsü ilə komandaya gəlmiş və özünü çox yaxşı tərəfdən göstərmiş Danielin 4 gün öncə düşərgəyə gəlib, müqavilə imzalayacğı gözlənilsə də, bu reallaşmayıb. Belə ki, Subotiç düşərgəyə gəlməyib. Buna səbəb oyunçunun ailə problemləridi.
Daniel ilə yolların rəsmən ayrıldığını “Qəbələ”nin baş meneceri Zaur Əzizov da təsdiqləyib: “Bəli, Daniel Subotiç “Qəbələ”dən ayrılıb. Onunla müqavilə başa çatmışdı. Biz onun xidmətində maraqlı idik, yeni müqavilə təklif etmişdik. Amma Subotiçin ailəsində ciddi problemlər var idi. Bu dəqiqə futbol barədə düşünə bilmir. Onun üçün hazırda futbol ikinci planda olan işdi. Əgər müqaviləsi olsaydı belə, yəqin ki, karyerasına ara verməli olacaqd. Biz Subotiçi gözləyə bilməzdik. Çünki qarşıda vacib oyunlarımız var. Bu barədə baş məşqçiyə də məlumat verilib və yeni hücumçu axtarışına başlamışıq".
Qeyd edək ki, Daniel Subotiç "Qəbələ"yə Ukraynanın "Voln" klubundan gəlmişdi. Premyer Liqada 29 oyuna (2254 dəqiqə) çıxan forvard 12 qola imza atıb və çempionatın üçüncü ən yaxşı bombardiri olub. Subotiç kubokdakı 6 oyununda (440 dəqiqə) isə 1 qol vurmuşdu.
futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər