"Qəbələ"də oynayan qardaşım atamın fikrini dəyişdi"

"Qəbələ"də oynayan qardaşım atamın fikrini dəyişdi"
"Seneqalın Dakar şəhərində anadan olmuşam. Orta səviyyəli bir ailədə böyümüşəm. 4 qardaşım, 2 bacım var. Atam bir avtobus firmasında şofer kimi çalışırdı.  4 il öncə vəfat etdi. Ailədə məndən başqa iki futbolçu var. Böyük qardaşlarımdan biri Azərbaycanda, kiçik qardaşlarımdan biri isə Seneqalda oynayır". Fanat.az xəbər verir ki, bu sözləri Türkiyənin "Akhisar Bələdiyyəspor" klubunun üzvü Omar Niasse deyib.
Seneqallı futbolçu TFF-nin "Tam Saha" jurnalının aprel sayına müsahibə verib. O, müsahibəsində "Qəbələ"də oynayan qardaşı İbrahima Niassedən də danışıb: "Uşaqlıqdan futbol oynamağı çox istəyirdim. Buna görə atamla aramızda dəfələrlə mübahisə olmuşdu. Hətta buna görə məktəbdən də ayrılmışdım. İndi Azərbaycanda oynayan qardaşım həmin vaxt (2007-ci ildə) Fransanın "Nansi" klubu ilə müqavilə imzalamışdı. Evdən ayrılırdı və karyerasında önəmli səhifə açılırdı. Atam mənim futbol oynamağıma ona görə qarşı çıxırdı ki, bu sahədən yaxşı pul qazana bilməyəcəyimi düşünürdü. Amma İbrahima bizim üçün örnək oldu. Onun Fransa klubuna getməsi atamın fikrini dəyişdirdi. Bundan sonra mənim futbol oynamağıma razı oldu"
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər