"Qəbələ" iki futbolçusunun müqaviləsini artırır. Fanat.az xəbər verir ki, bölgə klubu Viktor Mendi və Daniel Subotiçlə bir illik yeni anlaşmaya imza atacaq.
Qeyd edək ki, Syominin ölkəmizə gətirdiyi Subotiç ötən mövsüm "Qəbələ"nin ən uğurlu futbolçularından biri olub. Xorvatiya əsilli isveçrəli futbolçu 35 rəsmi oyunda 13 qola imza atıb. Mendi isə 2011-ci ildən ölkəmizdə çıxış edir. Seneqallı forvard indiyədək 98 oyuna çıxıb və 25 qol vurub.
Fanat.az