Topaz Premyer Liqasının XXV turunun "Qəbələ" - "Neftçi" oyununda gərginlik yaranıb. Fanat.az xəbər verir ki, buna səbəb azarkeşlər olub.
Belə ki, "Neftçi"nin futbolçusu Bahodir Nasimov 65-ci dəqiqədə ikinci qolu vurduqdan sonra yerli fanatlar meydana kənar əşyalar, yan xətt hakiminə isə yumurta atmağa başlayıb. Bu səbəbdən baş hakim Fariz Yusifov təxminən 5 dəqiqə oyunu dayandırıb. "Qəbələ"nin kapitanı Vladimir Levin azarkeşlərə yaxınlaşaraq onları sakitləşdirməyə çalışıb.
Fanat.az